Artıq 2 ildən çoxdur ki, COVID-19 dünyada yayılmaqda davam edir. Xəstəliyin ortaya çıxmasından təxminən bir il sonra vaksin hazırlandı. Əvvəl əksəriyyət “vaksin nə vaxt çıxacaq?” deyə gileylənsə də hazırda cəmiyyətdə dolaşan bəzi narahatlıqlar var. İnsanlar arasında koronavirusun qlobal oyun olduğu, insanlara "çip" yerləşdiriləcəyi, vaksin vasitəsilə insan orqanizminə naməlum cisimlərin ötürüləcəyini bununla da həmin şəxslərin müəyyən qüvvələr tərəfindən idarə ediləcəyi kimi əsassız şayiələr gəzir. Bəzi suallara cavab tapdığımızda bütün bu iddiaların əsassız olduğu ortaya çıxır. Mövzu ilə bağlı dünyanın nüfuzlu universitetlərində alimlərin apardığı araşdırmalara nəzər salaraq müəyyən məqamları sizə təqdim etmək istəyirəm.
Bu günə qədər sırf koronavirus səbəbilə dünyada 4 milyon 200 mindən çox insan dünyasını dəyişib, 197 milyon 390 mindən çox insan isə həmin xəstəliyə yoluxub. Yeni növ koronavirus təzə yayılmağa başlayanda bir çox insan heç bir tanışının yoluxmadığını əsas gətirərək xəstəliyin yalan olduğunu dilə gətirirdi. Ancaq, bir neçə ay keçdikdən sonra COVID-19 Azərbaycanda artmağa başladı, kifayət qədər insan bu xəstəliyə yoluxdu, kiminin valideynləri, kiminin bacısı-qardaşı, kiminin də uzaq qohumu koronavirusa tutuldu. Nəfəs çatışmazlığı, qızdırma, öskürək olması, dad və qoxu xüsusiyyətlərinin itməsi kimi simptomlar insanlara çətin anlar yaşatdı. Bu zaman razılaşdıq ki, alışdığımız adi qripə bu qədər insan yoluxmur, simptomlar fərqlidir, həm də yayın istisində heç vaxt bu qədər adam qripəbənzər ağır xəstəlik keçirməyib və ya dünyasını dəyişməyib. Beləcə koronavirus sərt şəkildə özünün varlığını sübut etdi. Növbəti mərhələdə isə daha fərqli iddialar ortaya atıldı: “Koronavirus var ancaq, bilərəkdən yayılır ki, insanlara qarşı hansısa təxribatlar edilə bilsin”. Həmin “təxribatın” da vaksinlə ediləcəyi deyildi. Ancaq, burada bəzi təzadlı məqamlar ortaya çıxdı. Əgər insanlara "çip" yerləşdiriləcəksə və ya vaksinin tərkibində bilinməyən bir cisim varsa niyə bunu insanların şübhələnəcəyi şəkildə etsinlər? Digər tərəfdən dünyada bir-birinə düşmən və qarşı çıxan bu qədər ölkə rəhbərliyi necə eyni bir yolda ortaq fikrə gələ bildi? Onlardan biri belə “bu oyundur, işin içində filan təxribat var” nə üçün demir? Yer kürəsində olan bütün ölkələrin bu təxribatda fikir birliyinə çatması necə mümkün ola bilir? Əgər vaksin vasitəsilə insan bədəninə nə isə yeridiləcəkdisə bunu fərqli bir formada və rahat şəkildə edə bilmək mümkündür. Misal üçün, dünyaya gələn bütün uşaqlara peyvənd vurulur. Həmin peyvənd vasitəsilə "çip"lərin orqanizmə göndərilməsi daha rahat olmazdımı? Və ya zəif də olsa demək olar ki, hər insan xəstələnir. Bu zaman mütləq ya antibiotik və bənzəri dərmanlar qəbul edir ya da bədənə venadaxili gücləndirici maddələr köçürülür. Həmin iynə-dərmanlar vasitəsilə "çip"in və ya iddia olunan naməlum cisimlərin yayılması daha rahat olmazdımı? Dünyada istisnasız bütün ölkələrin iqtisadiyyatını zəiflədən, kütləvi problemlərə gətirib çıxaran, səhiyyə sahəsini çətinliyə salan həm də özü ilə şübhə gətirən bu yol niyə seçilsin?
Ancaq etiraf etmək lazımdır ki, bir çox ölkə koronavirusdan müəyyən qədər istifadə edir, siyasi oyuna çevirmək cəhdləri var. Bunun isə bizim haqqında danışdığımız sağlamlıq məsələlərinə aidiyyəti yoxdur.
Vaksinlə bağlı insanları narahat edən digər bir məqam əks-təsir məsələsidir. Düzdür, koronavirusa qarşı hazırlanan bəzi vaksinlər (misal üçün “AstraZeneca”) ağır xəsətlərin və ya yanaşı xəstəliyi olanların ölümünə və ya digər fəsadların ortaya çıxmasına səbəb olub. Az da olsa bu cür faktlar qeydə alınıb. Ancaq, heç bir mənfi təsiri olmayan “BiontechPfizer”, “Sputnik V” kimi vaksinlər də var. Həmin peyvənd vurulan şəxslərdə müsbət təsirlərin ortaya çıxdığı artıq təsdiqlənib. Xırda əks təsirlərə qalanda isə ən sadə dərman, krem və ya bənzəri şeylərin də əks təsiri ola bilir. Bu hamı tərəfindən bilinən məqamdır. Adi baş ağrısı dərmanı belə insanda müxətlif fəsadlar ortaya çıxara bilir. Buna görə, sınanmış və bu qədər insana tətbiq edilmiş vaksinlərdən çəkinməyə ehtiyac olmadığını düşünürəm. Bəs koronavirusa yoluxsaq? İstənilən nüfuzlu xarici araşdırma mərkəzlərinin məlumatında qalıcı fəsadları ilə bağlı xəbərləri oxuya bilərsiniz. Koronavirusa yoluxan şəxslər bir-iki həftə içərisində sağalır ancaq, müxətlif qalıcı problemlər ortaya çıxa bilir. Avropa və ABŞ-da aparılan araşdırmalara görə, hətta gənclər, infeksiyadan sonra həftələr-aylar ərzində özlərini pis hiss edə bilərlər. Fəsadlar arasında aşağıdakı simptomlar var:
- Yorğunluq
- Nəfəs darlığı və ya tənəffüs çətinliyi
- Sinə ağrısı
- Yaddaş, konsentrasiya və ya yuxu problemləri
- Əzələ ağrısı və ya baş ağrısı
- Sürətli və ya güclü ürək döyüntüsü
- Dad və ya qoxu itkisi
- Depressiya və ya narahatlıq
- Ayağa qalxanda başgicəllənmə
- Fiziki və ya zehni fəaliyyətdən sonra halın pisləşməsi.
Qalıcı fəsadların olduğunu yoluxub-sağalan bir çox insanlarla danışıb özünüz təsdiqləyə bilərsiniz. Xəstəliyə yoluxarıqsa 2 həftəlik ağır vəziyyət, üstəgəl yuxarıdakı qalıcı simptomları yaşaya bilərik. Vaksin olunduqda isə bütün bu hallardan müəyyən dərəcədə qorunmuş oluruq. Bütün bu nüansları müqayisə edərək peyvənd olunub-olunmamaq qərarı isə sizin əlinizdədir.