Nazirdən kartofun idxal rüsumunun artırılması ilə bağlı AÇIQLAMA

Azərbaycana daxil olan kartofun idxal rüsumunun qaldırılması bazarda kartofun qiymətinin bahalaşmasına təsir göstərməyəcək.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019-cu tədris ilinin açılış mərasimində iştirak edən Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə müsahibəsində qeyd edib.

Nazir bildirib ki, Nazirlər Kabineti tərəfindən Azərbacana daxil olan kartofun idxal rüsumunun qaldırılması çox təqdirəlayiq qərardır: "Bunun əsas məqsədi yerli fermerlərin mənafeyini qorumaqdır. Bu il azərbaycanlı fermerlər tərəfindən əkilmiş kartofun məhsuldarlığı gözləndiyindən də çoxdu və bu da daxili bazarı lazımi qədər kartofla təmin edir. Bu qərar fermerlər tərəfindən də razılıqla qarşılanıb".

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top