Amerika kəşfiyyatı güman edir ki, Rusiyanın nüvə mühərrikli raketi Barents dənizinə düşüb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu iddia ilə ABŞ-ın CNBC telekanalı çıxış edib. Həmin versiya ABŞ-ın kəşfiyyat xidmətlətinin məruzəsində yer alır.
Telekanalın məlumatına əsasən, hadisə 2017-ci ilin noyabrında keçirilən sınaqlar zamanı baş verib. Bildirilir ki, Rusiya raketin qaytarılması üzrə əməliyyat keçirməyə hazırlaşır. Raketin qaytarılması üzrə əməliyyata üç rus gəmisi cəlb olunacaq. Əməliyyatın başlama vaxtı göstərilmir.