Ölkəyə gətirilən avtomobillərin sayı kəskin artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 11 min 700 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7 min 232 ədəd və yaxud 2,6 dəfə çoxdur.

Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin idxalı 3 min 791 ədəd və yaxud 2,7 dəfə artaraq 10 min 402-yə yüksəlib.

Bundan başqa ilk 7 ay ərzində 69 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1157 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 72 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

DİGƏR XƏBƏRLƏR

Top