Üzüm insan orqanizmi üçün ən faydalı meyvələrdən biridir.
Onun tumu belə bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Azərbaycanda yetişən üzüm dadına, ləzzətinə, faydalılığına görə, xaricdən ölkəmizə gətirilən üzümlərdən daha üstün hesab edilir.
Hazırda bazarlarda üzümün 1 kiloqramı 1 manat, 1 manat 50 qəpik arasında dəyişir.
Yeniavaz.com saytı üzümün insan orqanizminə faydalarını təqdim edir.
1. A vitamini ilə zəngindir.
2. İmmuniteti gücləndirir.
3. Enerji verir.
4. Tərkibində kalium var.
5. Böyrəklərə faydalıdır.
6. Tərkibində B1 vitamini var.
7. Qaraciyərə müsbət təsir göstərir.
8. Xərçəngə qarşı qoruyucu təsiri var.
9. Tərkibində maqnezium var.
10. Qanazlığının müalicəsində effektlidir.
11. Ürək-damar sisteminə yaxşı təsir göstərir.
12. Bədəndə yağların əriməsinə kömək edir.
13. Həzmi sürətləndirir.
14. Bağırsağın işini asanlaşdırır.
15. Sinir xəstəliklərinə şəfa verir.
16. Öskürəyi kəsir.
17. Ağız içi yaraları yaxşılaşdırır.
18. Tərkibində şəkər, qlyukoza və fruktoza var.
19. Mineral və fermentlərlə zəngindir.
20. Üzüm şirəsi də çox faydalıdır.
21. Üzüm yeyərkən tumlarını atmayın, daha bir xeyri, onun tumlarının yağıdır. Tərkibində aktiv maddələr vardır ki, onlar tibbdə istifadə olunur. Tumları antioksidantlarla zəngindir.
22. Üzüm qanı təmizləyir.
23. Beyin hüceyrələrini qidalandırır.
24. İnfarkt riskini azaldır.