"Bəzi müxalifyönlü partiya mənsubiyyətli hüquqşünaslara vəkilliyə qəbul imtahanlarında suni problemlərin yaradılması ilə bağlı ittihamlar həqiqəti əks etdirmir". Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O qeyd edib ki, Vəkillər Kollegiyasına qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz: "Bizdə imtahanlardan kəsilənlər sırasında dövlət qulluğunda olanlar və YAP-ın üzvləri də var. Bəs onların imtahandan kəsilmələrinə nə bəhanə edirlər? Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq. İmtahanlardan kəsilənlər sırasında digər partiya mənsubiyyəti olanlar da var". (Report)