
Dominikan Respublikasının paytaxtı Santo Dominqoda “Jet Set” gecə klubunun damı konsert zamanı uçub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ən azı 15 nəfər həlak olub, daha 101 nəfər yaralanıb.
Xilasetmə əməliyyatı davam edir.
Dağıntılar altında qalanlar var.
“Biz güman edirik ki, bir çoxları hələ də sağdır, ona görə də səlahiyyətlilər və əməliyyatda iştirak edənlər dağıntılar altında qalan sonuncu şəxsi tapana qədər dayanmayacaqlar”, - mərkəzin direktoru Xuan Manuel Mendez deyib.