
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3455 nəfərə çatıb, daha 4840 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Bildirilib ki, 214 nəfər itkin düşənlər siyahısındadır.
Xatırladaq ki, martın 28-də Myanmada zəlzələ baş verib. Taylandın Meteorologiya Departamenti onun maqnitudasını 8,2 bal gücündə qiymətləndirib.