Uludağda oteldə yanğın baş verdi – Ölənlər var


Uludağda turizm əməliyyatı sertifikatı olmadığı üçün yanvar ayında bağlanan oteldə yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə zamanı oteldə və aşağıda yerləşən xizək kurortunda işlədiyi bildirilən 12 nəfərin binada olduğu məlum olub.
Oteldən huşsuz vəziyyətdə çıxarılan Türkiyə Kayak və Snoubord Müəllimləri Dərnəyinin prezidenti Yəhya Usta, həyat yoldaşı Fikriyə və oğlu Berkin Usta Uludağdakı sağlamlıq mərkəzinə aparılıb. Müdaxiləyə baxmayaraq, Yəhya və Berkin Ustanı xilas etmək mümkün olmayıb. Yanğın nəzarətə götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top