
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki evə hücumu nəticəsində Fələstinin “Əl-Yəvm” telekanalının müxbiri Məhəmməd Mənsur həyat yoldaşı və uşağı ilə birlikdə həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
Hökumətin Qəzzadakı Media Ofisindən verilən məlumata görə, Qəzzada 7 oktyabr 2023-cü ildən bu yana İsrailin hücumlarında həyatını itirən mətbuat işçilərinin sayı 207-yə yüksəlib.