İmamoğlu işi ilə bağlı saxlanılanların sayı 88-ə çatdı


İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) terror və mütəşəkkil cinayətlərlə bağlı aparılan istintaq işi çərçivəsində İBB Məclisinin Törəmə və Filial Təşkilatlar Komissiyasının sədri Ertan Yıldız saxlanılıb.
Yeniavaz.com “Haber Global” telekanalına istinadla xəbər verir ki, bununla da saxlanılanların sayı 88-ə çatıb.
Telekanalın məlumatına görə, korrupsiya istintaqı çərçivəsində İBB sədri İmamoğlu da daxil olmaqla 83 şübhəlinin saxlanıldığı, 9 şübhəlinin axtarışa verildiyi, 7 şübhəlinin isə xaricdə olduğu müəyyən edilib.
Digər tərəfdən, İstanbul Respublika Prokurorluğunun terror təşkilatı PKK/KCK-ya yardım etdiyinə görə başladığı istintaqda İmamoğlu da daxil olmaqla 7 şübhəlidən 4-nün saxlanıldığı, 3 şübhəlinin isə axtarışda olduğu müəyyən edilib.
Eyni zamanda, bələdiyyədən 60-dan çox tender aldığı deyilən Murat Onguna yaxın şəxslərdən Emrah Bağdatlının martın 5-də ABŞ-yə getdiyi müəyyən edilib.
İBB sədri Əkrəm İmamoğluna ev satışı ilə gündəmə gələn iş adamı Əli Nuhoğlu isə evində saxlanılıb.
Bu şəxslərin evlərində aparılan axtarışlar zamanı gizli seyflərdə on milyonlarla lirə və xarici valyuta ələ keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top