Ukrayna sammiti bu tarixdə baş tutacaq


Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.
“Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlər koalisiyasının sammitini keçirəcəyik”, - Makron bildirib.
Qeyd edək ki, bundan əvvəl “Bloomberg” agentliyi Almaniya və Fransa da daxil olmaqla Aİ-nin aparıcı ölkələrinin, həmçinin Aİ üzvü olmayan Kanada və Böyük Britaniyanın gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcəklərini bildirib. Agentliyin məlumatına görə, sammitdə bu ölkələrin Rusiya və ABŞ arasında Ukrayna üzrə danışıqlara necə təsir edəcəkləri və bu danışıqlarda necə iştirak edəcəkləri ilə bağlı müzakirələr nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top