ABŞ Yaponiyadakı hərbi mövcudiyyətini məhdudlaşdırır – CNN


ABŞ Müdafiə Nazirliyi xərclərin azaldılması kampaniyası çərçivəsində Yaponiyada hərbi kontingentlərin fəaliyyətini qismən məhdudlaşdırmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı Pentaqonun sənədinə istinadən məlumat yayıb.
Bildirilib ki, Departament birgə komandanlığın hazırlanmasına cavabdeh olan bölmənin ləğvini də nəzərdən keçirir.
Qeyd edək ki, hazırda Yaponiyada dəniz piyadaları diviziyası da daxil olmaqla 50 mindən çox ABŞ əsgəri yerləşdirilib. Amerikanın hərbi obyektlərinin böyük əksəriyyəti cənubdakı Okinava adasında cəmləşib.

DİGƏR XƏBƏRLƏR

Top