
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin müavini Den Skavino bildirib.
“Hazırda prezident Tramp Oval kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda danışır”, - Skavino yazıb.
Qeyd edək ki, bir gün əvvəl Tramp Putinlə iki saatdan çox davam edən söhbət edib. Görüşün ardınca Kreml Putinin Ukraynanın enerji sektoruna zərbələrdən 30 günlük imtinanı dəstəklədiyini və orduya müvafiq əmr verdiyini açıqlayıb. Həmçinin bu söhbətdə Putin Qərbin Ukraynaya hərbi yardımını dayandırmasını və Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini sülhün əsas şərti adlandırıb.