Tramp Putinlə gizli danışıqlar apardığını deyir

tramp və putin arasında telefon danışığı baş tutub
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə son həftələrdə bir neçə dəfə danışdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Tramp bunu martın 18-də Putinlə danışıqlardan sonra “Washington Examiner” jurnalına müsahibəsində deyib.
“Çox yaxşı zəng idi. Məncə, bu, yaxşı bir şeyin başlanğıcıdır. Başlanğıc üç-dörd həftə əvvəl edilib. Bilirsiniz, mən Putinlə dəfələrlə danışmışam – hər şey bu zənglə başlamayıb. Bizim başqa söhbətlərimiz də olub”, - Tramp bildirib.
Jurnalistlərdən birinin bu söhbətlərin ictimaiyyətə açıqlanıb-açılanmaması ilə bağlı sualına Tramp deyib:
“Xeyr bu barədə məlumat verilməyib, lakin bu, müsbət dinamikanın davamıdır. Müsbət olmasaydı, sizə deyərdim”.
Qeyd edək ki, Donald Trampın ABŞ prezidenti vəzifəsinə gələndən sonra Vladimir Putinlə nə qədər tez-tez telefonla danışdığı tam aydın deyil. İki ölkə liderləri fevralın 12-də və martın 18-də danışıqlar aparıblar. Fevralın 8-də Tramp bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Putinlə telefonla danışıb. Sonra o, Putinlə neçə dəfə danışdığına cavab verməkdən imtina edib:
“Mən susmağı üstün tuturam”.
Mənbələr 2024-cü ilin noyabrında “The Washington Post”a bildiriblər ki, Tramp ABŞ prezident seçkilərində qələbə qazandıqdan qısa müddət sonra Putinlə telefonla danışıb. Kreml söhbətin baş verdiyini təkzib edib.

DİGƏR XƏBƏRLƏR

Top