
Leninqrad vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Departamentin məlumatına görə, helikopter döyüş sursatı olmadan təlim uçuşu həyata keçirib və yaşayış məntəqələrindən uzaqda, yaşayış olmayan ərazidə qəzaya uğrayıb.
Nazirlik bildirib ki, helikopterin heyəti həlak olub.
Qəzanın səbəbi açıqlanmayıb.