
Rusiyanın xalq artisti, müğənni Bedros Kirkorov 92 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun oğlu Filipp Kirkorov İnstaqramda məlumat verib.
“Mən artıq uşaq deyiləm. Bu gün, 18 mart 2025-ci il, saat 15:37-də atam, Rusiyanın xalq artisti Bedros Kirkorov vəfat edib. Amma heç vaxt ürəyimdən getməyəcək. Ailənizlə keçirdiyiniz hər anın qədrini bilin!” - Filip Kirkorov yazıb.