ABŞ Meksika ilə sərhəd divarını daha 11 km uzadacaq


ABŞ hakimiyyəti Meksika ilə sərhəd boyu hasarın uzunluğunu daha 11 km artırmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem deyib.
“Mən Arizonadayam və buradan sərhəd divarının harada bitdiyini görə bilərsiniz. Bu gündən biz daha 7 mil (11 km-dən çox) divar tikməyə başlayırıq. Biz Amerikanı yenidən təhlükəsiz etmək üçün bunu etməyə davam edəcəyik”, - nazir deyib.
Qeyd edək ki, martın əvvəlində ABŞ vitse-prezidenti J.D.Vens bildirib ki, ABŞ Prezidenti Donald Tramp 2029-cu ildə dövlət başçısı kimi ikinci müddətinin sonuna qədər Meksika ilə sərhəddə divarın tikintisinin başa çatacağını gözləyir.
Tramp andiçmə mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb. Onun sözlərinə görə, bu, qeyri-qanuni miqrantların ölkəyə "fəlakətli hücumu ilə mübarizə aparmaq” üçün cənub sərhədinə qoşun göndərilməsinə imkan verəcək. Tramp bundan əvvəl də immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. O, Amerika tarixində qeyri-qanuni mühacirlərə qarşı ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top