ABŞ-nin hücumları nəticəsində Yəməndə ölənlərin sayı 31-ə çatıb


Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.
“İlkin məlumatlara görə, Amerikanın Səna, Səda, Əl-Beyda əyalətləri və Rada şəhərinin mülki obyektlərini və yaşayış məntəqələrinə qarşı təcavüzü nəticəsində 31 nəfər həlak olub, daha 101 nəfər yaralanıb”, - deyə o, X-də yazıb.
Xatırladaq ki, ötən axşam ABŞ ordusu Prezident Donald Trampın göstərişi ilə Yəməndə husilərin nəzarəti altında olan ərazilərə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır. Ənsar Allah hərəkatı mülki hədəflərin hədəf alındığını iddia edərək, hücumlara cavab verəcəyini vəd edib.

DİGƏR XƏBƏRLƏR

Top