
“Kanada heç vaxt ABŞ-nin bir hissəsi olmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Kanadanın yeni baş naziri Mark Karni ölkənin 24-cü baş naziri kimi and içdikdən sonra jurnalistlərə deyib.
“Mən açıq şəkildə bildirdim, biz heç vaxt, heç bir şəkildə Birləşmiş Ştatların bir hissəsi olmayacağıq. Amerika Kanada deyil”, - yeni baş nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp dəfələrlə bir çox kanadalıların ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasının tərəfdarı olduqlarını ifadə edib. O, belə bir birliyin Kanadaya iqtisadi sabitlik gətirəcəyinə və onu xarici təhlükələrdən qoruyacağına inandığını qeyd edib.