“Kiyev təslim olma əmri versə, Trampın xahişini yerinə yetirməyə hazırıq”


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya ABŞ Prezidenti Donald Trampın Kursk vilayətində qalan ukraynalı hərbçilərin həyatını xilas etmək istəyini təmin etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Rusiya Təhlükəsizlik Şurasının iclası başlamazdan əvvəl açıqlama verib.
“ABŞ prezidentinin çağırışını səmərəli şəkildə yerinə yetirmək üçün Ukraynanın hərbi-siyasi rəhbərliyinin müvafiq əmri onun hərbi birləşmələrinin silahı yerə qoyması və təslim olması tələb olunur”, - Putin bildirib.
O vurğulayıb ki, bu halda ukraynalı əsgərlərin həyatına zəmanət veriləcək.
Xatırladaq ki, martın 14-də Tramp sosial şəbəkə hesabında minlərlə ukraynalı əsgərin tamamilə mühasirəyə alındığını və Putinə onları xilas etməyi xahiş etdiyini yazıb. Tramp cəbhənin hansı hissəsindən bəhs etdiyini yazmasa da, görünür, o, rus qoşunlarının uğurlu hücum əməliyyatı keçirdiyi Kursk bölgəsini nəzərdə tutub.

DİGƏR XƏBƏRLƏR

Top