İlham Əliyev Rusiya-Ukrayna müharibəsi haqda danışdı


“Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən deyib.
İlham Əliyev qeyd edib ki, onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər yaxşı olar:
“Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.
Prezident deyib ki, Azərbaycanın təcrübəsi uğurlu olub və onun uğurlu olması sübuta yetirilib:
“Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”.

DİGƏR XƏBƏRLƏR

Top