“Tesla” Trampa müraciət etdi


İlon Maskın “Tesla” şirkəti “tarif müharibələri”nin mənfi nəticələri ilə bağlı ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
ABŞ-nin ticarət müzakirəçisi Ceymison Qrirə ünvanlanan məktubda ABŞ istehsalçılarına qarşı cavab rüsumlarının şirkətin fəaliyyətinə zərər verdiyi və ABŞ-nin bu istiqamətdə ticarət siyasətini diqqətlə nəzərdən keçirməsinin vacib olduğu qeyd edilib.
“Tesla ədalətli ticarətin vacibliyini tanıdığı və dəstəklədiyi halda, Ticarət Nümayəndəliyinin Ofisi ədalətsiz ticarət təcrübələrini düzəltmək üçün potensial tədbirləri qiymətləndirərkən ABŞ-dən ixracı da nəzərə almalıdır”, - məktubda bildirilib.
Məktubun müəllifləri xəbərdarlıq ediblər ki, maraqlı ölkələr idxal olunan elektrik avtomobillərinə rüsumlar tətbiq etməklə tariflərə dərhal cavab verirlər.
Avtomobil istehsalçısı bildirib ki, Ağ Evin hazırkı ticarət siyasətində elektrik avtomobilləri və litium-ion batareyaları ilə bağlı daxili təchizat zəncirinin məhdudiyyətləri də nəzərə alınmalıdır. Çünki lazım olan məhsulların bəziləri ABŞ-də əldə oluna bilməz.
Qeyd edək ki, Mask şirkətinin məhsullarını boykot çağırışları fonunda “Tesla”nın satışları son aylar təkcə Çində deyil, Avropa ölkələrində də azalmaqdadır. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, yanvar ayında şirkətin Avropadakı satışları 45% azalıb. Boykota Tramp administrasiyasında ABŞ Hökumətinin Səmərəliliyi Agentliyinə nəzarət edən Maskın siyasi fəaliyyəti səbəb olub. Son bir ayda investor marağının azalması fonunda “Tesla”nın dəyəri təxminən dörddə bir azalıb.

DİGƏR XƏBƏRLƏR

Top