
Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 3000,5 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 01:49-yə olan məlumata görə, qızılın qiyməti 1 troy unsiyası üçün 3000,5 dollar (+1,82%) təşkil edib.
Bakı vaxtı ilə saat 01:59-da isə qızılın qiymətinin artımı sürətlənərək, 1 troy unsiyası üçün 3001,5 dollar (+1,86%) olub.