Elvinlə Musaya verilən cəza bəlli oldu


Martın 8-də Misli Premyer Liqasının XXVI turu çərçivəsində baş tutan “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimələnib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı AFFA-nın İntizam Komitəsi qərar verib.
Qərarda bildirilib ki, oyunun 83-cü dəqiqəsində “Araz-Naxçıvan” klubunun 97 nömrəli futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Araz-Naxçıvan” komandası 3000 manat cərimə edilib, sınaq müddəti 3 ay təyin edilib.
Həmçinin həmin vaxt “Qarabağ” klubunun 44 nömrəli futbolçusu Elvin Cəfərquliyev də təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Qarabağ” klubu 2000 manat cərimə edilib və sınaq müddəti 3 ay təyin edilib.
“Oyunun 83-cü dəqiqəsində “Qarabağ” klubunun 22 nömrəli futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalansın, “Qarabağ” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top