
Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Sudja şəhərinə nəzarəti bərpa edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Tapşırığı Şimal qoşun qrupunun bölmələri yerinə yetirib.
“Hücum əməliyyatları zamanı Şimal hərbi qrupunun bölmələri Sudja ilə yanaşı Melovoy və Podol yaşayış məntəqələrini də azad edib”, - Müdafiə Nazirliyindən bildirilib.