
ABŞ martın 11-də Ciddədə keçirilən danışıqlarda Ukrayna nümayəndələri ilə ərazi güzəştlərini müzakirə edib.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, jurnalistin Ciddədə ABŞ-Ukrayna görüşündə ərazi güzəştlərinin həqiqətən müzakirə olunub-olunmaması ilə bağlı sualına “Bizim söhbətlərimiz oldu”, - deyə qısaca cavab verib.
ABŞ Xarici Siyasət Departamentinin rəhbəri bu məsələ ilə bağlı əlavə şərh verməyib.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Kiyev Vaşinqtonun münaqişə zonasında 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib. ABŞ də öz növbəsində bu məlumatı Rusiya rəhbərliyinə çatdırmaq niyyətində olduğunu açıqlayıb.