
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, onun barəsində ölkəni tərk etməmək barədə yazılı vəsatət şəklində həbs-qətimkan tədbiri seçilib.
Prokurorluğun məlumatına görə, iş İrəvandakı İsakov prospekti və Yerablur hərbi panteonuna bitişik torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi faktı üzrə başlanıb.
Sarkisyan xüsusilə irimiqyaslı mənimsəmə və xüsusilə irimiqyaslı çirkli pulların yuyulmasında ittiham olunur.
Qeyd edək ki, Sarkisyan əvvəllər xüsusilə böyük miqyasda dövlət vəsaitlərinin oğurlanmasını təşkil etməkdə və onun prezidentliyi dövründə “Flash” şirkətinə himayədarlıq etməkdə ittiham olunub. Bunun sayəsində bu təşkilat dizel yanacağının tədarükü üzrə dövlət tenderini qazanıb. 2024-cü ilin mayında Serj Sarkisyan bu işdə cinayət sübutu olmadığı üçün məhkəmə tərəfindən bəraət alıb.