Ukrayna Rusiyaya PUA-larla hücum etdi – Ölü və yaralılar var


Ötən gecə Ukrayna ordusu tərəfindən Rusiya ərazisinə kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.  
Məlumata görə, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (HHQ) bir gecədə Rusiya regionları üzərində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatını (PUA) vurub. Onlardan 91-i Moskva vilayəti üzərində vurulub.
Moskva vilayətinə PUA hücumu yerli vaxtla səhər saat 4-də başlayıb. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Nazirliyin məlumatına görə, hücum 2025-ci ilin ən böyük PUA hücumu olub.
Bundan əvvəl Ukrayna pilotsuz təyyarələrdən istifadə edərək, ən kütləvi gecə hücumlarını fevralın 26-da (140 PUA) və yanvarın 24-də, (121 PUA) həyata keçirib.

DİGƏR XƏBƏRLƏR

Top