
Azərbaycan təmsilçisi Zeynəb Rəhimova Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan idmançı 1/16 finalda Yekaterina Sıçevanı üstələyib.
O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.