Zelenski Səudiyyə Ərəbistanına getdi


Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” və “The Guardian” məlumat yayıb.
Bildirilib ki, Zelenskinin Ciddədə Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salmanla görüşü gözlənilir.
Şahzadə bundan əvvəl ABŞ və Rusiya arasında fevralın 18-də Ər-Riyadda keçirilən danışıqlarda vasitəçi kimi çıxış edib.
Martın 11-də Ciddədə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar planlaşdırılır. Bundan əvvəl Ukrayna prezidentinin onlarda iştirak etmək niyyətində olmadığı bildirilirdi. Ukrayna nümayəndə heyətinə prezident aparatının rəhbəri Andrey Yermak başçılıq edəcək.

DİGƏR XƏBƏRLƏR

Top