“Əl-Hilal”ın serbiyalı futbolçusu yorğunluğa görə xəstəxanaya yerləşdirildi


Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun serbiyalı hücumçusu Aleksandar Mitroviç fiziki yorğunluq səbəbindən Ər-Riyadda xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ər-Riyadiyah” məlumat yayıb.
Bildirilib ki, futbolçu fiziki gərginlik səbəbindən sürətli ürək döyüntüsü hiss edib. Qeyd olunur ki, hücumçuya tam istirahət etmək tövsiyə olunub.
Mitroviçin 30 yaşı var və 2023-cü ildən Səudiyyə klubunda çıxış edir. “Əl-Hilal”ın tərkibində serb ölkə çempionu olub. Bu mövsüm Mitroviç komandanın heyətində bütün turnirlərdə 25 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top