Suriyada ölən mülki şəxslərin sayı 973-ə çatdı


Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri ilə ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində ölən mülki əhalinin sayı bir gündə 830 nəfərdən 973 nəfərə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Livanın “Əl Nahar” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ölənlər arasında qadın və uşaqlar da var, lakin onların sayı açıqlanmayıb.
Qeyd olunub ki, qurbanların əksəriyyəti Suriya əhalisinin 12%-ni təşkil edən Ələvi icmasına aiddir.
Təhlükəsizlik qüvvələri Latakiya və Tartus əyalətlərində sahilyanı ərazilərə nəzarəti bərpa edib, lakin dağlıq ərazilərdə qarşıdurmalar davam edir.
Martın 6-da başlayan hərbi əməliyyatlar zamanı Bəşər Əsədin tərəfdarları arasında 250-dən çox silahlı öldürülüb. Suriyanın yeni hakimiyyətini dəstəkləyən silahlı qruplar isə 231 döyüşçüsünü itirib.

DİGƏR XƏBƏRLƏR

Top