
Fransa Rusiya aktivlərindən əldə olunan nisbətdə – 195 milyon avro dəyərində Ukraynaya silah verəcək.
Yeniavaz.com xəbər verir ki, bunu “La Tribune” qəzetinə müsahibəsində Fransanın silahlı qüvvələr naziri Sebastien Lekourne deyib.
O bildirib ki, Ukraynaya AMX-10RC zirehli maşınların və köhnə istehsal silahların verilməsi planlaşıdırılır:
“Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər sayəsində biz Ukraynaya 195 milyon avro dəyərində silah verəcəyik. Bu pul, həmçinin Fransanın Ukraynaya verdiyi “Mirage 2000” qırıcıları üçün 155 millimetrlik top mərmiləri və bombaların alınmasına da sərf olunacaq”.
Qeyd edək ki, ötən il G7 Ukraynaya 50 milyard dollar kredit ayırmağa qərar verib. Kiyevə bu vəsait Qərbdə dondurulmuş Rusiyanın 300 milyard dollarlıq aktivlərindən əldə edilən gəlirdən ödəniləcək.