İlk qatlana bilən “iPhone”un ehtimal olunan qiyməti məlum oldu


Nüfuzlu insayder Min-Çi Ko “Apple”ın ilk qatlana bilən smartfonunun texniki xüsusiyyətlərini və qiymətini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mütəxəssis öz bloqunda yazıb.
Analitikin fikrincə, “Apple” smartfonun texniki xüsusiyyətlərini 2025-ci ilin ikinci rübündə təsdiq edəcək. Qurğunun rəsmi elanı üçüncü rübdə planlaşdırılır - yəqin ki, “iPhone 17”nin təqdimatı ilə birlikdə. Kütləvi istehsal 2026-cı ilin sonundan əvvəl başlamayacaq. Artıq 2027-ci ilin ikinci yarısında İT nəhəngi ikinci nəsil qatlanan “iPhone”un istehsalına başlayacaq.
Min-Çi Ko hesab edir ki, şirkətin qatlana bilən qurğusu brendin flaqman smartfonlarından əhəmiyyətli dərəcədə baha olacaq. Açıqlanan məlumatlara görə, cihazın qiyməti 2000-2500 dollar olacaq. Ko qeyd edib ki, cihazın keyfiyyəti gözləntilərə cavab verərsə, qatlanan smartfon bazarda çox populyar olacaq.
Ko həmçinin bildirib ki, qatlanan qurğu kitaba bənzər dizayna malik olacaq. Daxili displey 7,8 düym, xarici displey isə 5,5 düym olacaq. Qatlanan və açılan halda korpusun qalınlığı müvafiq olaraq 9,5 və 4,8 millimetr olacaq. Cihaz biometrik sensor “Face ID” almayacaq - qadcetin yan tərəfində “Touch ID” barmaq izi skaneri olan güc düyməsi quraşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top