Pentaqonun gizli layihə iştirakçısı Marsda nəhəng piramidanın olduğunu bildirdi


Pentaqonun gizli “Ulduz qapısı” layihəsinin iştirakçısı Co Makmoniql telepatiyadan istifadə edərək Marsın qədim sakinlərinin taleyindən xəbər tutduğunu iddia edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun müsahibəsinə istinadən “Metro” nəşri məlumat yayıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin 1978-ci ildən 1995-ci ilə qədər həyata keçirdiyi layihənin bir hissəsi olaraq, Makmoniql müəyyən koordinatlarda uzaq yerləri telepatik olaraq kəşf etməli idi. Onun tapşırıqlarından biri onu bizim eradan bir milyon il əvvəlki Marsa “aparıb”. O, güclü fırtınadan qəribə geyimdə çox uzun və arıq məxluqların gizləndiyi nəhəng piramida gördüyünü deyib. Daha sonra o, planetin digər ərazilərini təsvir edərək, sümükləri və binaların xarabalıqlarını müşahidə etdiyini iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top