Tayvanda AES-dən tüstü yüksəlir – Yanğın ehtimalı var


Tayvandakı Maanşan Atom Elektrik Stansiyasından (AES) qalın qara tüstünün yüksəldiyi müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Honq Konqun “Dimsum Daily” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, yerli yanğınsöndürmə idarəsi hadisə yerinə yanğınsöndürmə bölmələri göndərib.
Hazırda tüstünün səbəbi aydın deyil.
İlkin məlumata görə, tüstüyə elektrik stansiyasının yaxınlığındakı soyutma qülləsində baş verən yanğın səbəb olub.
KİV-in məlumatına görə, hələ ki, itkilər barədə məlumat yoxdur, yanğın nəzarət altına alınıb.

DİGƏR XƏBƏRLƏR

Top