
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Vaşinqtona səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Sofi Prima Parisdə keçirdiyi brifinqdə məlumat verib.
“Prezident Makronun Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birlikdə yenidən Vaşinqtona səfəri gözlənilir”, - Prima bildirib.
Ancaq hökumət sözçüsü səfərin konkret vaxtı ilə bağlı heç nə deməyib.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “The Daily Mail” qəzeti diplomatik mənbələrə istinadla Böyük Britaniya və Fransa liderləri Kir Starmer və Emmanuel Makronun gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona getməyə hazırlaşdıqlarını bildirmişdi.
Mənbələrə görə, bu səfərlə onlar sülh nizamlanması planında Trampa vahid cəbhə təqdim etmək istəyirlər.