“ABŞ öz bayrağını Marsda sancacaq” - Tramp


“ABŞ öz bayrağını Marsda sancacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp ABŞ Konqresində çıxışı zamanı bildirib.
“Biz elmin yeni üfüqlərini fəth edəcəyik. Bəşəriyyəti kosmosa aparacaq və Amerika bayrağını Mars planetində, hətta onun hüdudlarından kənarda sancacağıq”, - Tramp qeyd edib.
Tramp həmçinin qeyd edib ki, o, növbəti dörd il ərzində hakimiyyətdə olduğu müddətdə Yer planetində indiyə qədər mövcud olmuş ən azad, ən inkişaf etmiş, ən dinamik, ən dominant sivilizasiyanı qurmaq niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top