A Seriyasının oyunları ABŞ-də keçirilə bilər


İtaliya çempionatının oyunları ABŞ-də keçirilə bilər.
Yeniavaz.com
ESPN telekanalına istinadla xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Etsio Simonelli bildirib.
“Biz ABŞ-də belə bir tədbiri təşkil edən ilk liqa olmaq istəyirik. Bu, bizim böyük ümidlər bəslədiyimiz bazardır. Klublarımızın doqquzu Amerikaya, biri isə Kanadaya məxsusdur”, - Simonelli qeyd edib.
Liqa prezidenti həmçinin, A seriyası üçün başqa potensial alıcıların olduğunu da əlavə edib.
Qeyd edək ki, hazırda İtaliya çempionatının turnir cədvəlinə 58 xalla Milanın “İnter” klubu başçılıq edir. “Napoli” klubu 57 xalla ikinci, “Atalanta” klubu isə 55 xalla üçüncü pillədə qərarlaşır.

DİGƏR XƏBƏRLƏR

Top