Trampla şam yeməyinin qiyməti məlum oldu


ABŞ Prezidenti Donald Trampla Floridadakı Mar-a-Laqo iqamətgahında təkbətək nahar etmək imkanı təxminən 5 milyon dollara başa gələ bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Wired” jurnalı mənbələrə istinadla məlumat yayıb.  
Eyni zamanda, nəşr yazır ki, ötən həftə Mar-a-Laqoda bir neçə nəfər üçün şam yeməyi təşkil edilib, tədbirdə iştirak etmək imkanı üçün hər bir qonaqdan 1 milyon dollar tələb olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən əvvəl ABŞ Milli Qalereyasında şam yeməyi vermiş və bu şam yeməyinin dəyəri 200 milyon dolları keçmişdi.

DİGƏR XƏBƏRLƏR

Top