2023-cü ilin oktyabrından İsrail həbsxanalarında 61 fələstinli ölüb


2023-cü ilin oktyabrından bəri İsrail həbsxanalarında 60-dan çox fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qərargahı İordan çayının qərb sahilində yerləşən “Əd-Dəmir” hüquq müdafiə təşkilatı məlumat yayıb.
“2023-cü il oktyabrın 7-dən bəri İsrail həbsxanalarında ölən məhbusların sayı 61-ə çatıb və bunlar yalnız şəxsiyyətləri müəyyən edilənlərdir. Onlardan 40-ı Qəzza zolağındandır. 1967-ci ildən bəri İsrail həbsxanalarında həlak olan fələstinlilərin ümumi sayı isə 298 nəfər olub”, - təşkilat qeyd edib.
Təşkilat, həmçinin qeyd edib ki, İsrail rəsmiləri həbsdə ölən ən azı 70 fələstinlinin cəsədini saxlayır və onların şəxsiyyətinin müəyyən edilməsinə mane olur.
Qeyd edək ki, bundan əvvəl “Əd-Dəmir” təşkilatı İsrail həbsxanalarında saxlanılan fələstinlilərin amansız fiziki və psixoloji işgəncələrə məruz qalması barədə məlumat vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top