
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Pakistan Futbol Federasiyasına (PFF) qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib və təşkilatı üzvlüyə bərpa edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə PFF-nin mətbuat xidməti məlumat yayıb.
Qərar PFF-nin növbədənkənar qurultayının yekunları üzrə elan edilib:
“Biz FİFA və Asiya Futbol Konfederasiyasına Pakistan futboluna göstərdikləri davamlı dəstəyə görə təşəkkür edirik və Pakistan futbol ictimaiyyətinə səmimi təbriklərimizi çatdırırıq”.
Xatırladaq ki, fevralın 6-da FİFA Konqo Futbol Federasiyası və Pakistan Futbol Federasiyasının fəaliyyətini dayandırıb. Konqo Federasiyası üçüncü tərəfin müdaxiləsində günahlandırılıb, PFF isə təşkilatın rəhbərliyinə demokratik seçkilərin keçirilməsini təmin edən yenidən işlənmiş nizamnaməni qəbul etmədiyi üçün cəzalandırılıb. Bu cəza Pakistan Futbol Federasiyası üçün 2017-ci ildən bəri üçüncüdür.