
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, vitse-prezident istefa ərizəsini İran Məclisinin (birpalatalı parlament) Hemmatinin vəzifəsindən kənarlaşdırıldığı iclasından sonra verib.
Agentliyin mənbələrinə görə, İran Prezidenti Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.
Qeyd edək ki, İranın hazırkı hökumətinin formalaşmasından sonra ikinci dəfədir ki, Zərif istefa verməyə cəhd edir.
O, vəzifədən cəmi on gün keçdikdən sonra istefa ərizəsini ilk olaraq avqustun 11-də prezidentə təqdim edib. O, qərarını Pezeşkian prezident seçildikdən sonra yaradılan və yeni kabinetə namizədlərin seçilməsinə cavabdeh olan məsləhət şurasının rəhbəri kimi “öz işindən narazılığı” ilə izah edib. Həmin vaxt prezident onun ərizəsini qəbul etməyib və onu qalmağa razı salıb.