
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevə mart ayında mövcud proqramlar çərçivəsində 3,5 milyard avro məbləğində yeni yardım tranşını köçürəcəyini vəd edib.
Yeniavaz.com xəbər verir ki, o, bunu Kiyevdə çıxışı zamanı bəyan edib.
Çıxışn mətnini Avropa Komissiyasının mətbuat xidməti yayıb.
“Avropa Ukraynanı kritik günlərdə gücləndirmək üçün buradadır. Mən elan edə bilərəm ki, Ukraynaya 3,5 milyard avroluq yeni yardım tranşı mart ayında gələcək”, - fon der Lyayen bildirib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Kiyevə 2027-ci ilin sonuna qədər 50 milyard avro məbləğində makro-maliyyə yardım proqramı çərçivəsində ödənişlər etməyə davam edir ki, bu da Avropa Komissiyası tərəfindən 2042-ci ilə qədər qaytarılmalı kredit şəklində cəlb edilib.