Si Cinpin “Qələbə Günü”ndə iştirak edəcək


Çin Xalq Respublikasının sədri Si Cinpin 2025-ci il mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün dəvəti qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov “Rossiya-24” telekanalının efirində deyib .
“Çin Xalq Respublikasının Sədri Si Cinpin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərində iştirak etmək dəvətini qəbul edib və öz növbəsində Rusiya Prezidenti Vladimir Putini sentyabrın əvvəlində keçirilməsi planlaşdırılan bayram tədbirləri üçün Çinə dəvət edib”, - o deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, Çin tərəfi Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı tədbirlər keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top