
Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onun Prezident Emmanuel Makronla görüşü planlaşdırılır.
Qeyd olunub ki, Paşinyan, həmçinin süni intellektə həsr olunmuş sammitdə də iştirak edəcək.