
Türkiyə Super Liqasında maraqlı hadisə baş verib.
Yeniavaz.com xəbər verir ki, XXIII tur çərçivəsində “Qalatasaray”la baş tutan görüşdə “Adana Dəmirspor” meydandan çəkilib.
Belə ki, görüşün 33-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Mustafa Alper Avcı oyunçularını meydançadan çıxarıb.
Bununla da görüş təxirə salınıb.
Oyunun taleyi ilə bağlı Türkiyə Futbol Federasiyası qərar verəcək.
Qeyd edək ki, görüşdə meydan sahibləri 1:0 hesabı ilə öndə olublar. Yeganə qolu 12-ci dəqiqədə Alvaro Morata penaltidən vurub. Penalti təyin olunan epizod isə sosial şəbəkəlrədə müzakirələrə səbəb olub.