“Trampın etmək istədiyi etnik təmizləməyə bərabərdir” – BMT


“ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında yaşayan fələstinliləri köçürmək planı beynəlxalq hüququ pozur”.
Yeniavaz.com
xəbər verir ki, bunu BMT İnsan Haqları Şurasının (İHŞ) yaratdığı müstəqil komissiyanın sədri Navi Pillay deyib.
“Trampın beynəlxalq hüquqdan son dərəcə zəif anlayışı var. İşğal olunmuş ərazidə yaşayan bir qrup insanın məcburi köçürülməsi beynəlxalq hüququn pozulmasıdır və etnik təmizləməyə bərabərdir”, - o, Avropanın “Politico” nəşrinə müsahibəsində deyib .
Pillay hesab edir ki, Trampın fələstinliləri anklavdan çıxarıb Qəzzanı ABŞ-yə təhvil vermək ideyasını həyata keçirməyin “hüquqi yolu” yoxdur.
Qeyd edək ki, fevralın 4-də ABŞ prezidenti Ağ Evdə danışıqlardan sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib ki, Vaşinqton Yaxın Şərqdə sülhün maraqları naminə Qəzzanın uzunmüddətli mülkiyyəti məsələsini nəzərdən keçirir. Prezident anklavdan fələstinlilərin regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olduğunu və bunun üçün pul ödəyə biləcəyini söyləyib. Tramp qeyd edib ki, Birləşmiş Ştatlar lazım bildiyi təqdirdə Qəzzaya öz qoşunlarını göndərməyə hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top