İsrail ABŞ-dən 7 milyard dollarlıq silah alacaq


ABŞ İsrailə hava bombaları, idarə olunan raketlər və müvafiq avadanlıq da daxil olmaqla 7 milyard dollar dəyərində silah verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqon ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüşün yekunlarına istinadən məlumat yayıb.
“Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyini təmin etməyə sadiqdir və bu, ABŞ-nin milli maraqları üçün mühüm əhəmiyyət kəsb edir. Təklif olunan sövdələşmələr İsrailə müdafiə qabiliyyətini gücləndirməyə və cari və gələcək təhdidlərə qarşı hazırlığını artırmağa imkan verəcək”, - məlumatda deyilib. 

DİGƏR XƏBƏRLƏR

Top